22 Sentyabr 2024, 13:28
FUTBOL
"Vest Hem Yunayted"in yarımmüdafiəçisi Edson Alvares İngiltərə çempionatının 5-ci turunda "Çilsi"nin 3:0 hesablı qələbə qazandığı oyun zamanı London klubunun yarımmüdafiəçisi Enzo Fernandesi hədələyib.
Matc.az xəbər verir ki, hadisə ikinci hissənin əvvəlində Alvaresin "Çelsi"nin hücumçusu Koul Palmerə qarşı kobudluq etməsindən sonra baş verib.
Enzo Fernandes komanda yoldaşının müdafiəsinə qalxaraq Alvareslə mübahisə etməyə başlayıb:
"Səni gözləyəcəm. Stadionun arxasında səni öldürəcəm", - deyərək futbolçunu hədələyib.