UEFA Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Bodo Qlimt" Norveç çempionatında 23-ci turun oyununa çıxıb.

Matc.az xəbər verir ki, komanda səfərdə "Brann"la qarşılaşıb və 1:4 hesabı ilə uduzub.

"Bodo Qlimt" hazırda 50 xalla turnir cədvəlinə başçılıq edir. "Brann" isə 43 xalla 2-cidir.

Qeyd edək ki, "Qarabağ" "Bodo Qlimt"lə noyabrın 7-də səfərdə qarşılaşacaq.

"Brann" – "Bodo Qlimt" - 4:1
Qollar:
Kastro, 19, 90+6, Kornvig, 27, Kartum, 45+3 // Zinjernagel, 57 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest