"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının VI turunun "Səbail"lə görüşündən (2:4) sonra mətbuat konfransında iştirak edib.

"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının VI turunun "Səbail"lə görüşündən (2:4) sonra mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, Renduliç qələbəni şərh edib və jurnalistlərin suallarını cavablandırıb.

- Biz bura xal götürməyə gəlmişdik. Oyunçularımı təbrik etmək istəyirəm. Ümumi götürsək yaxşı oynadılar. Deyə bilmərəm ki, çox yaxşı və mükəmməl oynadılar, çünkü qapımızda iki qol gördük. Buna görə o qədər də məmnun deyiləm, amma hücum xəttinin göstərdiyi oyuna görə məmnunam. Həmçinin, bilirdiki ki, burda bizə çətin olacaq. Sonuncu qalibiyyətimizi burda 2 il öncə almışıq. Onu da qeyd edim ki, "Səbail" bu gün yaxşı oynadı, amma biz daha yaxşı idik.

- Qolları vurduqdan sonra asan qələbə olacağı görünürdü, nəyə görə oyun belə gərginliyə doğru getdi?
- Həmişə qeyd etmişəm ki, müdafiədə səbirli oynamaq lazımdır. Hər vəziyyətə diqqətli və ciddi yanaşmaq lazımdır. Müdafiədə daha çox məsuliyyətli olmalıyıq.

- Bu gün oyun heç-heçə ilə yekunlaşsa idi, bu sizin üçün uğur sayılacaqdı?
- Əlbəttə ki, bir xalnan məmnun olmazdım, çünki oyunun əvvəlindən qələbəyə daha yaxın olan biz idik. 4 qol vurduq və üstəlik VAR bizim 2 qolumuzu da ləğv etdi.

- Hər qələbə sizi çempionluğa yaxınlaşdırır, yoxsa "Qarabağ"ın olduğu yerdə çempionluq mümkün deyil?
- "Qarabağ" çox böyük keyfiyyətə malikdir. Bu faktdır. Biz oyundan-oyuna irəliləyirik. Heç vaxt nə baş verəcəyini deyə bilmərik. Gələcəkdə nə olacaq, o haqda çox da fikirləşmirik. Sabahdan "Qarabağ"la oyuna hazırlaşacağıq. Çünki onlar növbəti rəqibimizdir.

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest