"Səbail"ın baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının VI turunun "Sabah"lə görüşündən (2:4) sonra mətbuat konfransında iştirak edib.
"Səbail"ın baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının VI turunun "Sabah"lə görüşündən (2:4) sonra mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, Diniyev məğlubiyyəti şərh edib və jurnalistlərin suallarını cavablandırıb.
- Dinamik bir oyun idi. Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. Futbolçuların tempi tutması və qabaqda kreativ oynaması xoşuma gəldi. Sadəcə, bəsit qollar buraxdıq. Üç qolu buraxmağa layiq deyildik. Standart vəziyyət, qapıçının səhvi və heçnədən penalti... "Sabah"ın keyfiyyətli futbolçuları oyunun taleyini həll elədilər. Komandamız öz səviyyəsinə uyğun oynadı. Çox qol vəziyyətləri yaratdıq, amma təcrübə çatmadı. İkinci hissə dominantlıq edə bildik. Komanda yaxşı, maraqlı futbol oynayır. İrəli baxmaq lazımdır. Arxada standart vəziyyətlərdə bəzi səhvlərimiz var, onları düzəltməliyik. Birinci dövrənin bitməsinə iki oyunumuz var. Uğurlu nəticə qazanacağıq. Bir qələbədən sonra komandada özünəinam artacaq.
- Birinci dövrə sona yaxınlaşır. Radikal müdaxiləyə nəyi görürsüz?
- Üç xallıq sistemdə tələsmək lazım deyil. Hələ 7 oyun keçib. Oyunların çoxu qabaqdadır. Autsayderlər tam formalaşmayıb. Yeni qurulan komandadır və onların birlikdə oynamasına ehtiyac var. Komandada hər oyunda irəliləyiş görünür. Qorxmuram, komanda düzgünyoldadır. Qısa zamanda nəticə olacaq. Oyun varsa, nəticə də olacaq. Tələsməyə ehtiyac yoxdur. Gənc komandayıq. Təcrübə baxımından çətinliyimiz var. Komanda şəklində vuruşaraq o təcrübəni aradan götürüb nəticə qazanacağıq.
- Demək istəyirsiz ki, "Kəpəz" və "Neftçi"də oyun da yoxdur..
- Mən elə bir söz demədim, öz komandamdan danışıram. Heç bir komanda haqda mənfi və ya müsbət fikirlər demək etik deyil. Oyunumuz var və nəticə də gələcək.
- Beşinci qoldan sonra azarkeşlər də bayrağı yerə qoyub getdilər. Bu, azarkeşlərin komandaya inasızlığını göstərir?
- Deməzdim. Azarkeşlər nəticə və qollarla yaşayır. Onlar hətta 2:4-olanda da bizdən geridönüş gözləyirdilər. Bu azarkeşlərin ixtiyarına buraxılan şeydir. Qələbədən uzaq olduğumuzu görüb getdilər. O qədər bərbad vəziyyət deyilik. Reallıqla ayaqlaşmaq lazımdır.