İtaliya A Seriyasının 5-ci turunda "İnter" doğma meydanda "Milan"la qarşılaşıb.

Matc.az xəbər verir ki, komandalar Milanda "San Siro" stadionunda üz-üzə gəliblər.

Görüşü Mauritsio Marianinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. "Milan" 2:1 hesabı ilə qalib gəlib.

Oyunun 10-cu dəqiqədə "Milan"ın hücumçusu Kristian Pulişiç fərqlənib. 28-ci dəqiqədə "İnter"in müdafiəçisi Federiko Dimarko Lautaro Martinezin ötürməsindən sonra hesabı bərabərləşdirib. 89-cu dəqiqədə isə "Milan" Teyani Reyndersin ötürməsindən sonra Matteo Qabbia ilə hesabda yenidən önə keçib.

Qeyd edək ki, bu qələbədən sonra "Milan" 8 xal toplayıb və A Seriyasının turnir cədvəlində altıncı pillədə qərarlaşıb. "İnter"in də 8 xalı var və yeddinci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest