Rusiyalı yarımmüdafiəçi Denis Çerışev Yunanıstanın II Liqasında çıxış edən "Panionios" klubu ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, Çerışev Yunanıstan klubu ilə 2025-ci ilə qədər müqavilə imzalayıb.

"Real"ın yetirməsi olan 33 yaşlı futbolçu karyerasında İspaniyanın bir sıra klublarında, o cümlədən "Sevilya", "Vilyarreal" və "Valensiya"da çıxış edib. 2022-ci ilin avqustunda İtaliya B Seriyasında çıxış edən "Venesiya"ya keçib. 2024-cü ilin iyununda futbolçu müqaviləsi başa çatdıqdan sonra İtaliya klubunu tərk edib.

"Transfermarkt" portalına futbolçunun dəyəri 500 min avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest