23 Sentyabr 2024, 09:10
FUTBOL
“Mançester Siti”nin norveçli futbolçusu Erlinq Haaland yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, 24 yaşlı hücumçu buna Premyer Liqanın 5-ci turunda “Arsenal”a qol vurmaqla nail olub.
Haaland “topçular”la görüşdə fərqlənmə cari mövsümdə İngiltərə çempionatında vurduğu qolların sayını 10-a çatdırb. Erlinqə qədər heç kim Premyer Liqada ilk 5 qarşılaşmada 10 dəfə fərqlənməmişdi.
Qeyd edək ki, Haaland “Mançester Siti”yə 2022-ci ildə Dortmund “Borusiyya”sından keçib.