23 Sentyabr 2024, 09:37
FUTBOL
Liderlə oyuna Coşqun start heyətində çıxıb.
Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, Diniyevin formasını geyindiyi "Bandırmaspor" komandası 6-cı tur çərçivəsində səfərdə "İstanbulspor" ilə qarşılaşıb.
Tərəflərin cəhdlərinə baxmayaraq, görüşdə qol vurulmayıb. Liderlə oyuna Coşqun start heyətində çıxıb. 84-cü dəqiqədə əvəzlənən yarımmüdafiəçi ikinci hissədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, 6 turdan sonra 8 xal toplayan "Bandırmaspor" turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.