23 Sentyabr 2024, 10:43
FUTBOL
Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Malmö” İsveç çempionatında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, “Malmö” 24-cü tur çərçivəsində “Hekken”i qəbul edib.
Görüş “Qarabağ”ın rəqibinin 4:0 hesablı qələbəsi ilə nəticələnib. Bu nəticədən sonra “Malmö” 53 xalla liderliyini davam etdirir.
Qeyd edək ki, "Qarabağ" "Malmö" ilə oktyabrın 3-də Bakıda üz-üzə gələcək.