"Roma"nın baş direktoru Lina Suluku istefa verib. Matc.az xəbər verir ki, o, azarkeşlər tərəfindən tənqid olunduğuna görə bu addını atıb.

Bir neçə gün öncə “canavarlar”ın baş məşqçisi Daniele de Rossi istefaya göndərildiyi üçün azarkeşlər Lina Sulukunu tənqid ediblər. De Rossi ilə ayrılıq qərarı fanatları özündən çıxarıb. Bundan sonra Suluku özü də “Roma”dan ayrılmaq qərarını verib.

Qeyd edək ki, de Rossi bu ilin əvvəlində “Roma”nın baş məşqçi postuna keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest