23 Sentyabr 2024, 12:09
FUTBOL
O, ayağının ucu ilə (butsun altı ilə deyil) müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir. Təhlükəli vəziyyət olsa da...
Misli Premyer Liqasının 7-ci turunda keçirilən "Turan Tovuz" - "Araz-Naxçıvan" oyununun (1:2) əvvəllərində qonaqların braziliyalı hücumçusu Ramon Maçadonun rəqib müdafiəçi Roderik Millerin üzünə ayaqla zərbə endirməsi gündəmin əsas mövzularındandı. Matc.az xəbər verir ki, AFFA-nın Hakimlər Komitəsinin sədri Frank De Blekere panamalı legionerin üzünü tanınmaz hala salan "sambaçı"ya referi Elçin Məsimov tərəfindən qırmızı deyil, sarı vərəqə göstərilməsinə münasibət bildirib. Milli assosiasiyanın mətbuat xidməti belçikalı sədrin sözlərini belə çatdırıb:
"Top havada olan zaman “Araz-Naxçıvan” komandasının 16 nömrəli oyunçusu Ramon Maçado topa oynamaq istəyir və ayağının ucu ilə “Turan-Tovuz” komandasının 5 nömrəli futbolçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir.
Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir. Təlimatlara əsasən, “Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik.
O, ayağının ucu ilə (butsun altı ilə deyil) müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir. Təhlükəli vəziyyət olsa da, “Araz-Naxçıvan”ın oyunçusunun etdiyi qəsdən təmas/qayda pozuntusu deyil".