“Barselona” ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Kataloniya klubunun qapıçısı Mark-Andre ter Ştegen zədələnib.

Almaniyalı qolkiper La Liqanın 6-cı turunda “Vilyarreal”la oyunda (5:1) sıradan çıxıb. O, rəqib hücumçusu Eremi Pino ilə uğursuz toqquşmadan sonra dizindən zədələnib və meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb.

Birbaşa xəstəxanaya aparılan qolkiperin 8 aylıq sıradan çıxdığı qeyd olunub. Onun durumu ilə bağlı məlumat MRT müayinəsindən sonra tam dəqiqləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest