UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşmış Zaqreb “Dinamo”sunu cərimələyib. Matc.az xəbər verir ki, Xorvatiya klubu 50 min avro ziyana düşüb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşmış Zaqreb “Dinamo”sunu cərimələyib. Matc.az xəbər verir ki, Xorvatiya klubu 50 min avro ziyana düşüb.

Buna səbəb “Dinamo”nun Azərbaycan çempionu ilə ev matçında baş verənlər olub. Belə ki, meydan sahibləri “ictimai keçidlərin bağlanması”na görə 26 min, pirotexniki vasitələrdən istifadəyə görə isə 24 min avro cərimələnib.

Qeyd edək ki, oyun “Dinamo”nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bakıda da 2 cavabsız qol vuran zaqreblilər turnirin Liqa mərhələsinə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest