23 Sentyabr 2024, 17:48
FUTBOL
Klaudio Bravo “Barselona”ya qayıtmaq üçün karyerasını bərpa edə bilər. Matc.az xəbər verir ki, çilili qolkiper Mark-Andre ter Ştegenin zədələnməsindən sonra onu əvəzləməyə hazır olduğunu bildirib.
Almaniya millisinin üzvü La Liqanın “Vilyarreal”la oyununun (5:1) birinci hissəsində ağır zədə alaraq, 8 aylıq sıradan çıxıb. Bravo təklif gələcəyi təqdirdə, kataloniyalıların formasını geyinmək arzusunda olduğunu etiraf edib.
Qeyd edək ki, 41 yaşlı qolkiper avqustda “Betis”lə müqaviləsi başa çatdıqdan sonra karyerasını bitirdiyini açıqlamışdı. O, 2014-2017-ci illərdə “Barselona”nın formasını geyinib.