İtaliya A Seriyasının V turunun son oyunu təxirə salınıb. Matc.az xəbər verir ki, “Atalanta” – “Komo” görüşü əlverişsiz hava şəraiti səbəbindən dünən baş tutmayıb.

Berqamoda keçirilməli olan matç güclü yağışla əlaqədar olaraq bu günə təxirə salınıb. Federasiya nümayəndəsi və hakimlərin stadiona baxış keçirməsindən sonra analoji qərar qəbul olunub.

Qeyd edək ki, hazırda “Atalanta” 6 xalla 9-cu, “Komo” 2 xalla 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest