“Qızıl top” mükafatının qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, bu iddia ilə “Marca” nəşri çıxış edib.

Bildirilib ki, “France Football”un təsis etdiyi fərdi mükafatın builki qalibi “Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Junior olacaq. Hətta 24 yaşlı futbolçunun da bundan xəbərdar olduğu vurğulanıb.

Vinisius Junior 2023-2024 mövsümündə “Real”ın heyətində həm İspaniya çempionu olub, həm Çempionlar Liqasını, həm də UEFA Superkubokunu qazanıb. O, 49 oyunda 26 qol vurub, 13 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Qızıl top” mükafatı oktyabrın 28-də Parisdə təqdim olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest