“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri dizindən aldığı zədə səbəbindən 2024-25 mövsümünü buraxacaq. Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

28 yaşlı ispaniyalı İngiltərə Premyer Liqasının V turunda “Arsenal”la (2:2) görüşdə zədələnib. Ona çarpaz bağın qopma diaqnozu qoyulub. Rodrinin əvvəlcə 6 aylıq sıradan çıxdığı bildirilsə də, növbəti müayinə zamanı oyunçunun daha uzun müddət komandadan ayrı qalacağını aşkara çıxarıb.

Qeyd edək ki, Rodri bu mövsüm cəmi 3 matçda iştirak edib. O, 2023-24 mövsümünün nəticələrinə əsasən “Qızıl top”a namizədlər siyahısına daxil edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest