24 Sentyabr 2024, 11:45
FUTBOL
Yunanıstan Futbol Federasiyasının prezidenti Kristosomos Qaqatzis Rusiyanın gənclərdən ibarət yığmalarının UEFA-nın təşkilatçılığı altında beynəlxalq turnirlərdə iştirakına icazə verilməsini təklif edib. Matc.az xəbər verir ki, bu təşəbbüs UEFA-ya üzv assosiasiyaların rəhbərləri və baş katiblərinin görüşündə irəli sürülüb.
Qeyd olunur ki, təklif Rusiya, Belarus, Qazaxıstan, Bosniya və Herseqovina, həmçinin Monteneqro nümayəndələri tərəfindən dəstəklənib.
Qeyd edək ki, Rusiya klubları və milliləri 2022-ci ilin fevralından beynəlxalq yarışlarda iştirakdan məhrum edilib.