24 Sentyabr 2024, 16:05
FUTBOL
Müdafiəçi Millətlər Liqasında Andorra və Malta yığmalarına qarşı oyunlar üçün Moldova millisinə çağırılıb.
Azərbaycanda oynayan futbolçu Moldova millisinə çağırılıb. Matc.az xəbər verir ki, söhbət “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçidən gedir.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi Millətlər Liqasında Andorra və Malta yığmalarına qarşı oyunlar üçün komandaya dəvət alıb.
Qeyd edək ki, Moldova millisi Andorra ilə oktyabrın 10-da, Malta ilə 13-də üz-üzə gələcək.