"İnter"in yarımmüdafiəçisi Nikolo Barella zədə alıb və oktyabrın ortalarına qədər yaşıl meydanlardan uzaq qalacaq.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" məlumat yayıb.

Klubun həkimləri bu gün müayinə keçiriblər və məlum olub ki, futbolçunun sağ budunun düz əzələsində qırılma var. Çox güman ki, Barella A Seriyasında "Udineze" və "Torino" ilə görüşləri buraxacaq. Çempionlar Liqasında "Srvena Zvezda"ya qarşı da oynamayacaq.

Müalicənin gedişatını müəyyənləşdirmək üçün gələn həftə başqa bir müayinə də gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest