İtaliyalı baş məşqçi Karlo Ançelotti "Real"ın sükanı arxasında 300-cü oyununa çıxıb.

Matc.az xəbər verir ki, paytaxt klubu La Liqanın 7-ci turunun qarşılaşmasında evdə "Alaves"i qəbul edir.

65 yaşlı Ançelotti Madrid klubunda altıncı mövsümünü keçirir. O, daha əvvəl 2013-2015-ci illərdə də "Real"ı çalışdırıb. Klub məşqçinin rəhbərliyi altında 217 qələbə qazanıb, 39 məğlubiyyət alıb, 43 dəfə heç-heçə edib.

Karlo Ançelottinin göstəriciləri Madrid klubu tarixində ikincidir. Matçların sayına görə lider Migel Munyosdur - 605 oyun (1959, 1960-1974).

Qeyd edək ki, növbəti turda "Real" "Atletiko" (Madrid) ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest