A qrupunda yer alan millimiz oktyabrın 4-dən 15-dək İspaniyanın Kadiz şəhərində İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə qarşılaşacaq.
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
A qrupunda yer alan millimiz oktyabrın 4-dən 15-dək İspaniyanın Kadiz şəhərində İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə qarşılaşacaq.
Millimizin oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
4 oktyabr
14:45. Azərbaycan - İngiltərə
5 oktyabr
14:45. Azərbaycan – Gürcüstan
7 oktyabr
20:00. İspaniya - Azərbaycan
Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Qeyd edək ki, komandamız sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.