25 Sentyabr 2024, 12:33
FUTBOL
Varanın məhz zədəsinə görə bu qərarı verdiyi bildirilib.
“Real” və “Mançester Yunayted”in sabiq futbolçusu Rafael Varan sürpriz qərar verib. Matc.az xəbər verir ki, yayda azad agent kimi İtaliyanın “Komo” klubuna keçən fransalı müdafiəçi karyerasını bitirib.
Bu barədə Varan özü açıqlama yayıb. 31 yaşlı müdafiəçi "Komo"dakı ilk oyununda ciddi zədə aldığı üçün yaşıl meydanlardan kənarda qalmışdı. Varanın məhz zədəsinə görə bu qərarı verdiyi bildirilib.
Qeyd edək ki, 2013-2022-ci illərdə Fransa yığmasının formasını geyinmiş Rafael Varan millidə 93 oyunda 5 qol vurub.