Misli Premyer Liqasının VIII turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.

Misli Premyer Liqasının VIII turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.

Biletlərin qiyməti 2 (1B, 2B, 4A), 3 (3B) və 5 (3A) manat təşkil edir. Azarkeşlər biletləri aşağıdakı keçidə daxil olaraq onlayn əldə edə bilərlər:

https://iticket.az/en/events/sport/neftci-pfk-sumqayit-fk28/129692

“Neftçi Arena”nın kassalarında isə 1A, 2A və 5A sektorlarına olan biletlər (qiyməti 2 manat) oyun günü saat 12:00-dan etibarən satışda olacaq. Diqqətçəkən məqam klubun azarkeşlər üçün jest etməsidi. Belə ki, matçın biletlərinin qiymətində endirim olub.

Qeyd edək ki, sentyabrın 28-də “Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest