25 Sentyabr 2024, 17:46
FUTBOL
Daha bir tanınmış sima ABŞ-a köçə bilər. Matc.az xəbər verir ki, söhbət Patrik Vieyradan gedir.
Fransa millisinin sabiq yarımmüdafiəçisi baş məşqçi kimi MLS-də çalışa bilər. Çünki o, “Atlanta Yunayted”dən təklif alıb. Adıçəkilən klub Vieyranı bu posta əsas namizəd hesab edir.
Qeyd edək ki, Vieyranın son klubu yayda tərk etdiyi “Strasburq” olub.