Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer zədəsini sağaldıb.

Matc.az xəbər verir ki, 38 yaşlı qapıçı Bundesliqanın V turunda son ölkə çempionu "Bayer" komandasına qarşı oyunda meydanda olacaq.

O, bir tur əvvəl keçirilən "Verder"lə oyunu (5:0) buraxmaq məcburiyyətində qalmışdı.

Qeyd edək ki, Noyer UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun "Dinamo" (Zaqreb, Xorvatiya) ilə görüşündə zədə almışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest