"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo keçmiş komanda yoldaşı olan fransalı müdafiəçi Rafael Varanın futboldan ayrıldığını elan etməsi xəbərinə münasibət bildirib.

Matc.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə fikir bildirib.

"Görkəmli karyera, futbol əfsanəsi! Təbrik edirəm, qardaş! Ümid edirəm ki, tezliklə görüşəcəyik", - deyə Ronaldo sosial şəbəkədə Varanın paylaşımının altına şərh yazıb.

Xatırladaq ki, 31 yaşlı Varanın son klubu azad agent kimi gəldiyi İtaliyanın "Komo" olub.

Varan "Real", "Mançester Yunayted" və Fransa millisindəki çıxışları ilə tanınıb. O, 2018-ci ildə Fransa millisinin tərkibində dünya çempionu, "Real" ilə 4 dəfə Çempionlar Liqasının qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest