26 Sentyabr 2024, 01:40
FUTBOL
Kataloniya təmsilçisi rəqibinə minimal hesabla qalib gəlib. Oyunun 19-cu dəqiqəsində Levandovski fərqlənib.
İspaniya La Liqasında VII turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, çempionatın lideri "Barselona" dogma meydanda "Hetafe" ilə üz-üzə gəlib.
Kataloniya təmsilçisi rəqibinə minimal hesabla qalib gəlib. Oyunun 19-cu dəqiqəsində Levandovski fərqlənib.
Bununla da "Barselona" ölkə çempionatında ardıcıl 7-ci matçda da qalib gəlməyi bacarıb.
Qeyd edək ki, hazırda 7 oyundan sonra 21 xalı olan "Barselona" La Liqanın vahid lideridir. Son çempion "Real" isə 17 xalla ikinci pillədə qərarlaşıb.