Fransa millisinin heyətində dünya və Avropa çempionu olan Emmanuel Peti “Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Halandın bir çox məşhur futbolçunun əksinə olaraq, Səudiyyə Ərəbistanına üz tutmamasının səbəbini açıqlayıb. Matc.az xəbər verir ki, o, bunu gənc forvardın ambisiyası ilə əlaqələndirib:
“Düşünürəm ki, Səudiyyə Ərəbistanında hadisələrin necə inkişaf etməsindən asılı olaraq Erlinq Halandı bir gün orasda görə bilərik. Lakin Haland milli komanda səviyyəsində tarix yaza bilmədiyi üçün bunu klub səviyyəsində etməli olacaq. Bu səbəbdən çox uzun müddət buna diqqət yetirəcək. Səudiyyə Ərəbistanına köçməyi düşünsə, pul səbəb olmayacaq. Onun ambisiyaları sadəcə pulla bağlı deyil. Hər oyunda rekord qırmaq istəyir. Hətta Səudiyyə Ərəbistanından 200 milyon funt-sterlinq təklifi alsa belə, imtina edəcək. Yalnız karyerasının sonlarında orada ola bilər”, - deyə Peti söyləyib.
Qeyd edək ki, Erlinq Halandın “Mançester Siti” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdi.