“Barselona” “Aston Villa”nın hücumçusu Con Duranla maraqlanır. Matc.az xəbər verir ki, İspaniya klubunun idman direktoru Deko bu keçidlə şəxsən məşğuldu.

O, 20 yaşlı forvardın mümkün alışı ilə bağlı müqavilənin təfərrüatlarını öyrənmək üçün İngiltərə klubu ilə ilkin təmas qurub. Tərəflər arasında müəyyən fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Con Duran bu mövsüm bütün turnirlərdə 6 oyunda 4 qol vurub. Onun ingilislərlə müqaviləsi 2028-ci ilin yayına kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest