28 yaşlı hücumçu Gəncədə onu yaxşı qarşıladıqlarını bildirib.
"Kəpəz"in yeni transferi Luis Paçu klubun mətbuat xidmətinə açıqlama verib. Matc.az xəbər verir ki, o, Azərbaycanda qaldığı, Gəncə klubuna keçdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirib.
28 yaşlı hücumçu Gəncədə onu yaxşı qarşıladıqlarını bildirib: “Kəpəz” Azərbaycanın köklü klubudu. Burada mənə qarşı münasibət xoşdu. Eləcə də digər futbolçulara qarşı klubda səmimi ab-havanı hiss edirəm. Bir neçə gündü ki, komanda ilə birlikdə məşqlərə çıxıram. Artıq çalışmaq vaxtıdı. Öz üzərimdə işləyirəm, nəyə qadir olduğumu göstərməyə çalışıram”.
Braziliyalı forvard əsas heyətə düşmək üçün əlindən gələni edəcəyini qeyd edib: “Hücum xəttində məşqçilərin seçim etmək imkanı var. Mən də özümü ən yaxşı tərəfdən göstərməklə heyətdə yer almaq istəyirəm. Fiziki vəziyyətimi yaxşılaşdırmaq üçün çalışıram. Mümkün qədər tez optimal formama qayıtmaq istəyirəm. Bura “Kəpəz”ə kömək etməyə gəlmişəm”.
Paçu “Kəpəz”i düşdüyü vəziyyətdən çıxartmaq üçün hamının səfərbər olduğunu bildirib: “Hamımız bir olmalıyıq ki, bu durumdan çıxa bilək. Komandada birlik var. Vəziyyəti yaxşılaşdırmaq biz futbolçulardan asılıdı. Bunun üçün çox çalışacağıq. Bir uğurlu nəticə hər şeyi dəyişəcək”.