26 Sentyabr 2024, 16:25
FUTBOL
Minifutbol üzrə Azərbaycan çempionatının 2024/2025 mövsümündə 14 komanda yarışacaq. Matc.az xəbər verir ki, bunlar “Birbaşa Bakı”, “Göyçə”, “Zirə”, “Laçın” “Aznur”, “Galaxy”, “Sumqayıt”, “Siyəzən”, “Suraxanı”, “Çinar Zəngilan”, “Şamaxı”, “Füzuli Altay”, “Bakı 145” və “Star Bakı” komandalarıdır.
Oktyabrın 1-də başlayacaq ölkə çempionatının oyunları Bakı Tennis Akademiyasının stadionunda keçiriləcək.