"Mançester Siti" maliyyə qaydalarını pozmaqda ittiham edildiyi İngiltərə Premyer Liqasına qarşı ilk məhkəmə işində qalib gəlib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Times" paylaşıb.

Bildirilir ki, "Mançester Siti"nin qələbəsi Premyer Liqanın "əlaqədar tərəf sövdələşmələri" qaydalarına yenidən baxılmasına səbəb ola bilər ki, bu da klubun sahibləri ilə əlaqəli şirkətlərin kənar sponsorluq müqavilələri bağladığı zaman ciddi yoxlamaların aparılmasını tələb edir.

Bu qaydalara nəinki yenidən baxıla, hətta ləğv edilə biləcəyi vurğulanır. Bu halda "Mançester Siti" kimi klublar müstəqil qiymətləndirmə olmadan sponsorluq müqavilələri bağlaya biləcəklər.

Bu iş üzrə məhkəmə qərarı 2009-cu ildən 2018-ci ilə qədər "Mançester Siti"yə qarşı 115 maliyyə pozuntusu iddiası prosesinə əhəmiyyətli təsir göstərə bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest