Bosniyalı futbolçu Miralem Pyaniçin yeni klubu rəsmiləşib.

Matc.az xəbər verir ki, o, karyerasını Rusiyanın ÇSKA klubunda davam etdirəcək.

34 yaşlı yarımmüdafiəçi Moskva təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb. O, Rusiya klubuna azad agent kimi keçib və illik 1 milyon avro+bonus qazanacaq.

Qeyd edək ki, Miralem Pyaniçin son klubu "Şarjah" (Birləşmiş Ərəb Əmirlikləri) olub. O, karyerası ərzində "Metz", "Lion", "Roma", "Yuventus", "Barselona" və "Beşiktaş"da da oynayıb. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest