La Liqanın 2022/2023 mövsümünün 20-ci turunun oyununda (1:0) "Real"ın cinah oyunçusu Vinisius Junioru irqçilik zəminində təhqir edən "Malyorka" azarkeşi 1 il müddətinə şərti həbs cəzası, həmçinin İspaniyada 3 il müddətinə futbol oyunlarına getməmək cəzası alıb.
Matc.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Azarkeşin "Vilyarreal"ın keçmiş cinah oyunçusu Samuel Çukvuzeyə qarşı da irqçi ifadələr işlətdiyi bildirilir.
Həbs cəzasının şərti olmasının, təqsirləndirilən şəxsin braziliyalı futbolçuya ünvanladığı məktubda Vinisiusdan üzr istəməsi və eyni zamanda peşman olması ilə əlaqədar olduğu vurğulanır.
Bundan əlavə, "Malyorka" azarkeşinin irqi ayrı-seçkiliyə qarşı proqramda iştirak etdiyi də qərara təsir edib.