"Barselona" qapıçısı Mark-Andre ter Ştegenin zədələnməsini maliyyə baxımından öz xeyirənə dəyərləndirəcək.

"Barselona" qapıçısı Mark-Andre ter Ştegenin zədələnməsini maliyyə baxımından öz xeyirənə dəyərləndirəcək.

Matc.az xəbər verir ki, Kataloniya klubu ciddi zədələnmiş, may ayına və ya mövsümün sonuna qədər sıradan çıxmış qapıçının iştirak ərizəsini geri çəkə bilər. Əvəzində isə yarımmüdafiəçi Dani Olmo və yeni qapıçı daxil ediləcək.

Xatırladaq ki, Olmo indi yalnız Andreas Kristensenin zədəsi səbəbindən, yəni yanvarın 1-dək La Liqada müvəqqəti qeydiyyatdadır.

"Barselona" daha yüksək maaş alan Mark-Andre ter Stegenin ərizəsini geri götürsə, Kristenseni heyətə qaytara və Olmonun qeydiyyatını bütün mövsüm üçün uzada biləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest