26 Sentyabr 2024, 22:54
FUTBOL
Buna görə də UEFA nümayəndələri oyunun Bakı vaxtı ilə 23:00 deyil, 23:35-də start götürməsinə qərar veriblər.
UEFA Avropa Liqasının Liqa mərhələsinin "Tottenhem" – "Qarabağ" oyununun vaxtı dəyişdirilib.
Matc.az xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi Londonda yaranan böyük tıxac komandamızın görüşün baş tutacağı “Tottenhem Hotspur” stadionuna planlaşdırılan vaxtda çata bilməsinə mane olub.
Buna görə də UEFA nümayəndələri oyunun Bakı vaxtı ilə 23:00 deyil, 23:35-də start götürməsinə qərar veriblər.