Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq hücumçusu Sərhat Akın silahlı hücuma məruz qalıb. Matc.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Akın ekspert kimi çıxış etdiyi televiziya proqramından çıxarkən yolda tanımadığı şəxslər tərəfindən hücuma məruz qalıb. 43 yaşlı mütəxəssis ayağından güllə yarası alıb.

Xəstəxanaya aparılan sabiq futbolçunun vəziyyətinin yaxşı olduğu açıqlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest