Avropa Liqasında Liqa mərhələsinə start verilib. Matc.az xəbər verir ki, I turun oyunlarından sonra UEFA reytinqi yenilənib.

“Qarabağ”ın Londonda “Tottenhem”ə məğlubiyyəti (0:3) ölkəmizin reytinqinə də təsirsiz ötüşməyib. Belədə 19.125 əmsalda qalan Azərbaycan bir pillə geriləyərək, 27-ci yerə düşüb. Rumıniya isə həm Azərbaycanı, həm də Bolqarıstanı geridə qoyub və 26-cı pilləni ələ keçirib.

UEFA reytinqinə 90.589 əmsalla İngiltərə başçılıq edir. İtaliya (80.231) ikinci, İspaniya (75.132) üçüncüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest