Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununun biletləri bu gün satışa çıxarılacaq. Matc.az xəbər verir ki, azarkeşlər saat 12:00-dan etibarən biletləri əldə edə bilərlər.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdı.

Satış məntəqələri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarıdı.

Qeyd edək ki, “Qarabağ” – “Malmö” oyunu oktyabrın 3-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest