27 Sentyabr 2024, 10:53
FUTBOL
FİFA gələn həftə Fələstinlə münaqişə fonunda İsrail komandalarının beynəlxalq yarışlarda iştirakını qadağan edib-etməmək məsələsini nəzərdən keçirəcək. Matc.az xəbər verir ki, ali futbol qurumu Fələstin Futbol Assosiasiyasının İsrailin FİFA-nın nizamnamələrini pozması ilə bağlı şikayətindən sonra hüquqi baxışın keçirilməsinə göstəriş verib.
İsrail Futbol Assosiasiyasının rəhbəri Şino Moşe Zuarez daha əvvəl bildirmişdi ki, bu, FİFA-nın idmanı siyasətdən ayırmaq istəyinə qarşı çıxan fələstinlilərin “qeyri-qanuni, siyasi və düşməncəsinə” addımıdı.
Daha əvvəl İsrailin beynəlxalq yarışlardan kənarlaşdırılmayacağı ilə bağlı məlumatlar yayılmışdı. Mümkün həll variantı barədə hələlik dəqiq heç nə yoxdu.