“Tottenhem”in futbolçuları heç vaxt klubun hədəfinin kiçilməsinə imkan vermir”. Matc.az xəbər verir ki, bunu İngiltərə klubunun sabiq futbolçusu və baş məşqçisi Qlenn Hoddl deyib.

“Tottenhem”in futbolçuları heç vaxt klubun hədəfinin kiçilməsinə imkan vermir”. Matc.az xəbər verir ki, bunu İngiltərə klubunun sabiq futbolçusu və baş məşqçisi Qlenn Hoddl deyib.

66 yaşlı mütəxəssis London təmsilçisinin Avropa Liqasının I turunda “Qarabağ”la oyununu dəyərləndirib. Hoddlun fikrincə, həmyerlilərinin bəxti gətirdi: “Komanda qol buraxmadan necə qalib gəldi, başa düşmədim. Çünki “Qarabağ”ın çox sayda qol şansları oldu. Etiraf etmək lazımdı ki, həmin anlarda “Tottenhem”in bəxti gətirdi. Ümumilikdə isə yaxşı qələbə oldu. Yeni formatda keçirilən Avropa Liqasına əla start oldu”.

Qeyd edək ki, II turun oyunları oktyabrın 3-də keçiriləcək. Həmin gün “Qarabağ” evdə “Malmö” ilə, “Tottenhem” isə səfərdə “Ferensvaroş”la üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest