“Barselona”nın hücumçusu Robert Levandovski 17 yaşlı komanda yoldaşı Lamin Yamal haqqında fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, polşalı forvard gənc ispaniyalını ən yaxşı cinah hücumçusu hesab edir.

Leva hətta komanda yoldaşına məsləhət də verib: “Yamal dünyanın ən yaxşı cinah hücumçusudu. Halbuki onun cəmi 17 yaşı var və çox uzun futbol karyerası olacaq. Çox vaxt önəmli olan karyeraya necə başladığınız deyil, onu necə bitirdiyinizdi. Karyeranızın ilk iki-üç ilini yox, 10-15 ilini necə keçirirsiniz? Buna görə də onun bütün səyahəti boyunca güclü olmasını və insanların dediklərinə əhəmiyyət verməməsini arzulayıram”.

Qeyd edək ki, Lamin Yamal bu mövsüm bütün turnirlərdə 8 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest