“Mançester Yunayted” 2028-ci ilə qədər Premyer Liqanı qazanmağı hədəfləyir. Matc.az xəbər verir ki, “Old Trafford”da futbolçu heyəti ilə görüşdə klubun direktoru Omar Berrada bunu deyib.

Berrada “qırmızı şeytanlar”ın yaranmasının 150-ci ildönümünə təsadüf edən “Project 150”nin başlandığını elan edib. Klub 1878-ci ildə “Newton Heath” adı ilə yaradılıb və indiki adını 1902-ci ildə alıb.

Qeyd edək ki, “Mançester Yunayted” cari mövsümün geridə qalan 5 turundan sonra 7 xalla Premyer Liqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest