“Liverpul”un və İngiltərə millisinin sabiq hücumçusu Endi Kerroll azad agent kimi qatıldığı “Bordo”da oynamasının Fransa klubuna maliyyə baxımdan yük olmadığını bildirib. Matc.az xəbər verir ki, Kerroll hətta bunun üçün özünün bəzi xərclər çəkdiyini söyləyib.

“Düzünü desəm, “Bordo”ya gəlib oynamaq mənə hətta pula başa gəlir. Amma burada futbol oynamaqdan xoşbəxtəm. Mən bu klubun tarixinin bir parçası olmaq istəyirəm. Düzünü desəm, pul heç də problem deyildi”, - deyə Kerroll bildirib.

Qeyd edək ki, altıqat Fransa çempionu olan “Bordo” iflasa uğradığı üçün dördüncü diviziona göndərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest