27 Sentyabr 2024, 15:45
FUTBOL
“Barselona” klubu UEFA tərəfindən cəzalandırılıb. Matc.az xəbər verir ki, cəzaya Çempionlar Liqasının senyabrın 19-da keçirilən “Monako” - “Barselona” oyununda (2:1) qonaq komandanın azarkeşlərinin açdığı nassist banner səbəb olub.
Buna görə Kataloniya klubuna 10 min avro cərimə kəsilib.
Bundan əlavə, komandanın avrokuboklarda növbəti səfər görüşünə bilet satışı qadağan edilib.