“Bayer”in hücumçusu Viktor Bonifeys karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, 23 yaşlı forvard Premyer Liqanın bir neçə klubundan təklif alıb.

Nigeriya millisinin üzvünün transferində ən çox maraqlı olan klub isə “Çelsi”di. London təmsilçisi hətta bu transferi həyata keçirmək üçün Bundesliqa çempionuna 70 milyon avro ödəməyə hazırdı. Tərəflər məbləğdə ortaq məxrəcə gələ bilsələr, ən geci mövsümün sonunda Bonifeys İngiltərəyə köçəcək.

Qeyd edək ki, Bonifeys “Bayer”ə ötən il “Union”dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest