27 Sentyabr 2024, 21:48
FUTBOL
Oktyabrın 15-də PSJ və Kilian Mbappe 55 milyon avro məbləğində borcu ilə bağlı tərəflər arasında yaranmış mübahisəni həll etmək üçün Peşəkar Futbol Liqasının Birgə Apellyasiya Şurası qarşısına çıxacaq.
Matc.az xəbər verir ki, bu barədə RMC məlumat yayıb.
Bildirilir ki, PSJ daha əvvəl Mbappeyə göstərilən məbləğin ödənilməsi ilə bağlı Fransa Peşəkar Futbol Liqasının (LFP) hüquq komitəsinin qərarından apellyasiya şikayəti verdiyi üçün tərəflər Birgə Apellyasiya Şurasında görüşəcək.
Qeyd edək ki, LFP-nin PSJ-ni bu məbləği ödəməyə məcbur edə bilməyəcəyini bildirmişdi. Bununla belə, Fransa klubuna qarşı sanksiyalar tətbiq etmək hüququ var. Bu sanksiyalardan biri transfer qadağası ola bilər.