Türkiyə millisinin və "Fənərbaxça" klubunun sabiq futbolçusu Serhat Akın silahlı hücuma məruz qalaraq güllə yarası alıb.

Türkiyə millisinin və "Fənərbaxça" klubunun sabiq futbolçusu Serhat Akın silahlı hücuma məruz qalaraq güllə yarası alıb.

Matc.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, ekspert kimi çıxış etdiyi televiziya proqramından geri dönərkən yolda tanımadığı şəxslərin hücumuna məruz qalıb.

Xəstəxanaya çatdırılan Akının vəziyyəti yaxşıdır. Onun əməliyyat olunacağı deyilir.

Sabiq futbolçunun vurulması anının görüntüləri yayılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest