28 Sentyabr 2024, 00:47
FUTBOL
"Barselona"nın iyul ayında zədə almış 25 yaşlı mərkəz müdafiəçisi Ronald Arauxo dekabr-yanvar aylarında meydana qayıdacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.
Bildirilir ki, hazırda Kataloniya klubu uruqvaylı futbolçunun qayıdışının dəqiq tarixini bilmir. Bununla belə, vurğulanır ki, klub zədənin təkrarlanmasından qaçmaq üçün Arauxonun sağalma prosesini sürətləndirmək niyyətində deyil.
Xatırladaq ki, ötən mövsüm müdafiəçi bütün turnirlərdə 31 qarşılaşmada iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalında futbolçunun bazar dəyəri 70 milyon avrodur.